FƏALİYYƏTİMİZ

26.04.2017

“Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda Məşğulluq Mərkəzləri tərəfindən dəyirmi masa keçirilmişdir.

        24-25 aprel 2017-ci il tarixdə Sumqayıt şəhərində, eləcə də Abşeron, Xızı və Siyəzən rayonlarında “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda Məşğulluq Mərkəzləri tərəfindən dəyirmi masa keçirilmişdir.

21.04.2017

Respublikanın şəhər və rayonlarında “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlər haqqında məlumat

2016-cı ildə Bakı, Gəncə, Sumqayıt  şəhərlərində, və Abşeron rayonunda məzun və tələbələrin işlə təmin olunmasına köməklik göstərilməsi, eləcə də məzunların və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında Respublikamızın 10 ali təhsil ocağında tədbirlər keçirilmişdir ki, bu tədbirlərə 370 müəssisə tərəfindən 1837 boş (vakant) iş yerləri təqdim edilmişdir. 

17.04.2017

Düzgün ixtisas seçimində valideyinlərin rolu.

      Aprelin 14-də Şuşa rayon Məşğulluq Mərkəzi tərəfindən Şuşa rayon 1 saylı tam orta məktəbdə rayonun bir sıra ümumtəhsil məktəblərinin iştirakı ilə “Düzgün peşə seçimində valideynlərin rolu” mövzusunda  peşəyönümü tədbiri keçirilmişdir. Tədbirdə  Əmək və  Əhalinin  Sosial  Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin, Şuşa rayon İcra Hakimiyyətinin, Şuşa  rayon Təhsil şöbəsinin, Elektron Hökumət Tədris Mərkəzinin,eləcə də digər qurumların nümayəndələri, yuxarı sinif şagirdləri,onların valideynləri iştirak etmişlər.

13.04.2017

Daşkəsən rayonunda peşəyönümü məsləhəti ilə əlaqədar tədbir keçirilmişdir.

12.04.2017-ci il tarixində Daşkəsən şəhər İmadəddin Nəsimi adına 1 saylı orta ümumtəhsil məktəbində peşəyönümü məsləhəti ilə əlaqədar tədbir keçirilmişdir.

08.04.2016

Qəbələ rayonunda “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir

Qəbələ rayon Məşğulluq Mərkəzi tərəfindən 07 aprel 2016-cı il tarixdə  Şirvan Bulqədirov adına Qəbələ şəhər 5 saylı tam orta məktəbin konfrans zalında həmin məktəbin yuxarı sinif şagirdlərinin, onların valideynlərinin və pedaqoji heyyətin iştirakı ilə gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətini nəzərə alaraq valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədilə, məktəblilərin peşə meyil və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərmək məqsədi ilə peşəyönümü tədbiri keçirilmişdir. 

06.04.2016

Balakən rayonunda “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü konfransı keçirilmişdir

Balakən rayon Məşğulluq Mərkəzi tərəfindən 05aprel 2016-cı il tarixdə  Nəsimi adına 2 saylı tam orta məktəbin iclas zalında həmin məktəbin, eləcə də Nizami adına 1 saylı şəhər orta məktəbin, Z.Əliyeva adına şəhər 3 saylı şəhər orta məktəbin, Tülü kənd və Mahamalar kənd orta məktəbin yuxarı sinif şagirdlərinin, onların valideynlərinin və pedaqoji heyyətin iştirakı ilə gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətini nəzərə alaraq valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədilə, məktəblilərin peşə meyil və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərmək məqsədi ilə peşəyönümü konfransı keçirilmişdir.