Fəaliyyətimiz

21.12.2017

Məşğulluq Xidmətinin modernləşdirilməsi layihəsi çərçivəsində Avstiya Respublikasına təlim səfəri təşkil olunmuşdur.

10-16 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti “Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Avstriya Respublikasında səfərdə olub. 

Səfər zamanı nümayəndə heyəti ilə Avstriya Respublikasının Vyana, Linz və Viselburq şəhərlərində fəaliyyət göstərən Məşğulluq Xidməti orqanları, Günther Steinbach Akademiyası, Əmək və Ticarət Palataları, Sahibkarlar Laboratoriyası və Kənd Təsərrüfatı Ali təhsil müəssisəsi arasında bir sıra görüşlər təşkil olunmuşdur. Görüşlər zamanı Avstriya Respublikasının Məşğulluq Xidməti orqanlarının fəaliyyət istiqamətləri, həyata keçirilən aktiv və passiv məşğulluq tədbirləri, mövcud elektron xidmətlər, sosial tərəfdaşlıq çərçivəsində görülən işlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən işaxtaran vətəndaşlar üçün keçirilən təlimlər və onlara verilən subsidiyalar haqqında, eləcə də Məşğulluq Xidməti orqanlarına işə qəbul olunmaq üçün keçirilən təlim prosessi barədə ətraflı məlumat verilmiş, tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılmışdır.