Fəaliyyətimiz

21.12.2017

21 dekabr 2017-ci il tarixində Ağstafa rayonunda “Əmək Yarmarkası” təşkil edilmişdir.

İşaxtaran və işsiz vətandaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Orqanları tərəfindən bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir.

Belə ki, 21 dekabr 2017-ci il tarixində Ağstafa rayonunda “Əmək Yarmarkası”  təşkil olunmuşdr. Tədbirdə 24 müəssisə 235 boş iş yeri ilə iştirak etmişdir.  Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 45 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.