Beynəlxalq münasibətlər

21.12.2017

Məşğulluq Xidmətinin modernləşdirilməsi layihəsi çərçivəsində Avstiya Respublikasına təlim səfəri təşkil olunmuşdur.

10-16 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti “Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Avstriya Respublikasında səfərdə olub. 

 

01.11.2017

Məşğulluq xidmətləri sahəsində Litva ilə təcrübə mübadiləsi aparılır

22-28 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti “Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Litva Respublikasında səfərdə olub. 

Səfərin ilk günündə Litva Respublikasının Əmək Birjasının rəhbərliyi ilə keçirilmiş görüşdə qurumun fəaliyyətinin təşkili və məşğulluq sahəsində islahatlar barədə müzakirə aparılıb. Bununla yanaşı, nümayəndə heyətinə Əmək Birjasının nailiyyətləri, iş metodları, Avropa İttifaqının (Aİ) DMX-lərin müqayisəli təhlili, yerli əmək bazarının proqnozlaşdırılması, informasiya sistemləri və gənclərin məşğulluğu barədə təqdimatlar edilib. 

27.10.2017

“Gənclər arasında işsizliyin aradan qaldırılmasında “Gənclərin təminatı” proqramı” mövzusunda Bosniya və Herseqovina Respublikasında konfrans keçirilmişdir.

 17-18 oktyabr tarixlərində Bosniya və Herseqovina Respublikasının Sarayevo şəhərində Bosniya və Herseqovina Respublikasının Əmək və Məşğulluq Agentliyi və Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyası (WAPES) tərəfindən “Gənclər arasında işsizliyin aradan qaldırılmasında “Gənclərin təminatı” Proqramı” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 

02.10.2015

21 sentyabyr-2 oktyabr 2015-ci il tarixlərində İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Təlim Mərkəzində “Məşğulluq siyasəti” adlı kurs təşkil olunmuşdur.

21 sentyabyr-2 oktyabr 2015-ci il tarixlərində İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Təlim Mərkəzində “Məşğulluq siyasəti” adlı kurs təşkil olunmuşdur. Kursda Dövlət Məşğulluq Xidmətinin aparatından Maliyyə sektorunun müdiri Reyhanə Bəşirova və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri Fərid Nəsirov iştirak etmişlər. 

08.05.2015

6-8 may 2015-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyasının (WAPES) 10-cu Dünya Konqresi keçirilmişdir.

6-8 may 2015-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyasının (WAPES) 10-cu Dünya Konqresi keçirilmişdir. Tədbirdə Türkiyənin Məşğulluq Xidməti (IŞKUR)  növbəti 5 il üçün WAPES-in Prezidenti kimi seçilmişdir.

04.03.2015

4-5 mart 2015-ci il tarixlərində Seul şəhərində “Məşğulluq xidmətlərində bacarıqların inkişaf etdirilməsi” mövzusunda seminar təşkil edilmişdir.

4-5 mart 2015-ci il tarixlərində Koreyanın Məşğulluq İnformasiya Xidməti tərəfindən WAPES ilə birgə Seul şəhərində “Məşğulluq xidmətlərində bacarıqların inkişaf etdirilməsi” mövzusunda seminar təşkil edilmişdir. 

08.12.2014

İslam Əməkdaşlıq Təşkilatının təşəbbüsü ilə 1-2 dekabr 2014-cü il tarixlərində ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətində təlim kursu keçirilib.

Dekabrın 1-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının Məşğulluq Agentliyinin (İŞKUR) mütəxəssisləri ilə birgə məşğulluq xidməti əməkdaşları üçün əmək bazarının öyrənilməsi, aktiv məşğulluq tədbirlərinin təşkili, gənclər üçün məşğulluq xidmətləri üzrə iki günlük təlim kursuna başlanıb. 


08.12.2014

Dövlət Məşğulluq Xidmətinin rəisi və əməkdaşları 19-20 noyabr 2014-cü il tarixlərində Fransasın Paris şəhərində beynəlxalq seminarda iştirak etmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndə heyəti 19–20 noyabr 2014-cü il tarixlərində Dövlət Məşğulluq Xidmətlərinin Dünya Assosiasiyasının (WAPES) və Fransa Məşğulluq Xidmətinin Fransanın Paris şəhərində birgə təşkil etdiyi “Dövlət Məşğulluq Xidmətində İnnovasiya Dinamikası və İdeya İdarəetməsi” mövzusunda təşkil edilən seminarda iştirak etmişlər.

13.11.2014

Avropa Təlim Fondu “Şərqi Avropada fasiləsiz peşə hazırlığı: təklifin yaxşılaşdırılması və tələbin səfərbər edilməsi” mövzusunda 21-23 oktyabr 2014-cü il tarixlərində Moldova Respublikasının Kişinyov şəhərində seminar keçirilmişdir.

ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Hüquq və kadrlarla iş üzrə şöbəsinin müdiri Elçin Miriyev Avropa Təlim Fondunun  (ETF) “Şərqi Avropada fasiləsiz peşə hazırlığı: təklifin yaxşılaşdırılması və tələbin səfərbər edilməsi” mövzusunda 21-23 oktyabr 2014-cü il tarixlərində Moldova Respublikasının Kişinyov şəhərində seminarda iştirak etmişdir. Konfrans Moldova Respublikasının Təhsil və Əmək, Sosial Müdafiə və Ailə Nazirliklərinin Avropa Birliyi ilə Moldovanın Kişinyov şəhərində birgə təşkil edilmişdir.  

13.11.2014

13-17 oktyabr 2014-cü il tarixlərində Layiqli Əməyə Texniki Dəstək Qrupu və Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisi tərəfindən “Gənclərin məşğulluğunun təşviqi” layihəsi çərçivəsində Rusiyanın Sankt Peterburq şəhərində subregional konfrans keçirilmişdir.

Layiqli Əməyə Texniki Dəstək Qrupu və Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisi tərəfindən “Gənclərin məşğulluğunun təşviqi” layihəsi çərçivəsində 13-17 oktyabr 2014-cü il tarixlərində Rusiyanın Sankt Peterburq şəhərində subregional konfrans keçirilmişdir. Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdir müavini Rəna Abdullayeva və Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Heydər Cəfərli iştirak etmişdir.