Peşə hazırlığı (kursları)


Peşə hazırlığı.

Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən vacib aktiv məşğulluq tədbirlərindən biri də peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili hesab olunur. Peşə hazırlığı kursları əmək bazarının və işəgötürənlərin real tələbləri nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işaxtaran və işsiz kimi qeydiyyatda olan vətəndaşların işlə təmin olunması imkanlarının genişləndirilməsi, özünüməşğulluğunun inkişaf etdirilməsi, əmək bazarında rəqabətə davamlılığının artırılması məqsədilə təşkil edilir.

İşaxtaranların peşə hazırlığı və əlavə təhsil kursları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa, “İşaxtaran və işsiz vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili Qaydaları”na uyğun olaraq həyata keçirilir. Qeyd olunan Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, ilk peşə-ixtisas təhsili müəssisələrinin nümunəvi əsasnaməsinə və digər hüquqi normativ aktlara müvafiq işlənib hazırlanmış, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığının və əlavə təhsil kurslarının təşkili Qaydalarını müəyyən edir.

Qısamüddətli peşə hazırlığı kursları (3 aya qədər) Dövlət Məşğulluq Xidməti orqanları nəzdində fəaliyyət göstərən Regional Peşə Tədris Mərkəzlərində və ya şəhər (rayon) Məşğulluq Mərkəzləri ilə bağlanmış müqavilələrə uyğun olaraq ilk peşə-ixtisas təhsili müəssisələrində, eləcə də dövlət tərəfindən təhsil fəaliyyətinə verilmiş xüsusi razılığı (lisenziyası) olan digər təhsil müəssisələrində təşkil edilir.

Peşə hazırlığı və əlavə təhsil kursları bir qayda olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən razılaşdırılmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanaraq təsdiq edilmiş tədris proqramları əsasında aparılır. Peşə hazırlığı kursları Məşğulluq Mərkəzləri ilə bağlanmış müqavilələrə uyğun olaraq müvafiq bazası olan tədris müəssisələrində 86 ənənəvi, 58 modul tədris proqramları əsasında həyata keçirilir. Modul proqramlarının 15-i Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, 43-ü isə Dünya Bankının həyata keçirdiyi “Sosial Müdafiənin inkişafı” layihəsi çərçivəsində hazırlanmışdır. 

İşaxtaran və işsiz vətəndaşlar  aşağıdakı hallarda peşə hazırlığına cəlb edilirlər:

- müvafiq peşə və ya ixtisası olmadığına görə onlar üçün münasib iş seçmək mümkün olmadıqda;

- peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün onun öz peşəsini (ixtisasını) dəyişdirməsi zəruri olduqda;

- əvvəlki peşəsi üzrə işləmək qabiliyyətini itirdikdə.

İqtisadiyyatın qloballaşması, bununla əlaqədar informasiya bolluğunun yaranması və rəqabətin güclənməsi istehsalat proseslərinin dəyişməsinə gətirib çıxarır və təhsilin genişləndirilməsində, kadrların hazırlanmasında yeni üsullara tələbatı artırır. Bu da öz növbəsində yaşlıların təhsilində mühüm əhəmiyyət kəsb edir.

Həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq əmək bazarında pozitiv dəyişikliklər əldə edilmiş, yeni mütərəqqi tədris texnologiyalarının tətbiqinə zərurət yaranmışdır.

Bu məqsədlə Məşğulluq Xidməti orqanları nəzdində 2007-ci ildə Bakı şəhərində, 2008-ci ildə Göyçay rayonunda, 2009-cu ildə isə Naxçıvan şəhərində Peşə Tədris Mərkəzləri yaradılmışdır.

Məlumat üçün bildiririk ki, 2016-cı il ərzində Bakı Regional Peşə Tədris mərkəzində 1478 nəfər, Göyçay Regional Peşə Tədris mərkəzində 507 nəfər, Naxçıvan Regional Peşə Tədris mərkəzində isə 413 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuşdur.

Regional Peşə Tədris Mərkəzlərində modul tədrisi sistemi tətbiq edilmişdir. Əmək vərdişləri modulları adlanan bu sistem fasiləsiz peşə təhsilini təmin edir. Modul tədrisi istehsalat sahələrində müasir texnologiyanın tətbiqi ilə əlaqədar istehsalatdan ayrılmamaq şərti ilə peşə səriştəsinin artırılmasına da imkan verir.

Modul tədrisi istehsalat sahələrində müasir texnologiyanın tətbiqi ilə əlaqədar istehsalatdan ayrılmamaq şərtilə işçilərin peşə səriştəsinin artırılmasına imkan verir.

Modul tədrisinə keçid, məntiqi olaraq fərdi təhsil şəraitində fəal və müstəqil fəaliyyəti və kredit-reytinq sistemini nəzərdə tutan Boloniya deklarasiyasının əsas prinsiplərindən irəli gəlir.

Modul tədrisi, tədrisə və bacarıqların inkişafına sistemli yanaşma olaraq aşağıdakı bir-biri ilə qohum olan daxili proseslərdən ibarətdir:

- tədrisə olan tələbin qiymətləndirilməsi, tədrisi təşkil olunacağı peşənin müəyyənləşdirilməsi;

- kompetentlik nöqteyi-nəzərindən işin təhlili;

- potensial dinləyicilərin sayının müəyyənləşdirilməsi;

- modul tədris proqramlarının hazırlanması;

- əmək vərdişləri modullarının tədris materiallarının hazırlanması;

- çeviklik və fərdilik prinsiplərinə əsaslanan tədrisin həyata keçirilməsi.

İnkişaf etmiş Avropa ölkələri təcrübəsinin göstərdiyi kimi, təhsilin modul sisteminin tətbiqi nəticəsində aşağıda qeyd olunan üstünlüklər əldə edilir:

- mütəxəssislərin hazırlıq keyfiyyətinin nəinki yalnız nəzəri cəhətdən, həm də istehsalat funksiyalarının da əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxarır;

- fərdi proqramların tərtib olunması və fərdi təlimlərin müddətlər və mahiyyət üzrə keçirilməsinə imkan verir;

- təlim prosesi formalarının çevikliyi və aşkarlığı ilə səciyyələnir;

- təlim müddətini minimum 2 dəfə azaldır;

- təlim xərclərini 2,5 dəfə azaldır və iqtisadi fəallığı yüksəldir.

Məlumat üçün bildiririk ki, Dövlət Məşğulluq Xidməti tərəfindən 2015-ci il ərzində 4147 nəfər, 2016-ci il ərzində 3352 nəfər, 2017-ci il ərzində isə 3561 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmuşdur.

 

Ənənəvi proqramlar əsasında tədris olunan peşələrin siyahısı

 

Sıra sayı

Peşənin adı

Təhsil  müddəti

1

Alətçi-çilingər

3 ay

2

Alüminium və plastik materiallardan məmulatların yığıcı çilingəri

2 ay

3

Aşbaz köməkçisi

3 ay

4

Avtomobilin təmiri üzrə çilingər

3 ay

5

Ayaqqabının fərdi tikişi və təmiri ustası

2 ay

6

“B” kateqoriyalı avtomobil nəqliyyatı vasitələrinin sürücüləri

 

7

Barmen

3 ay

8

Bələdçi (qid)

3 ay

9

Bərbər

2 ay

10

Bərbər-manikyurçu

2,5 ay

11

Buldozer maşinisti

2 ay

12

Çap lövhələrinin hazırlanması texnologiyası

3 ay

13

Çəkic və presdə dəmirçi

3 ay

14

Çilingər-yığıcı

3 ay

15

Çirkab sularının təmizlənməsi üzrə aparatçı

3 ay

16

Çörəkçi

2 ay

17

“D” kateqoriyalı avtomobil nəqliyyatı vasitələrinin idarə edilməsi üçün sürücüsü

 

18

Daş üzərində oyma

3 ay

19

Daşkəsən maşınların maşinisti

3 ay

20

Dərzi

3 ay

21

Dülgər

1 ay

22

Dülgər-xarrat

3 ay

23

Duluzçu

3 ay

24

Ekskursiya təşkilatçısı

3 ay

25

Əl ilə xalça toxumaq

1 ay

26

Elektrik avadanlıqlarının tənzimləyicisi

3 ay

27

Elektrik montyoru

2 ay

28

Elektrik-qaz qaynaqçısı

3 ay

29

Eynək təmiri ustası

1 ay

30

Fotoqraf

3 ay

31

Geniş profilli dəzgahçı

3 ay

32

Həsir hörən

2 ay

33

Ingilis dili

3 ay

34

Internet üzrə operator

1 ay

35

Kansyerje

3 ay

36

Kastelyanşa

3 ay

37

Katibə-referent

2 ay

38

Kimyəvi misləşdirmə operatoru

3 ay

39

Kompüter istifadəçisi

2 ay

40

Kompüter mühasibliyi

2 ay

41

Kompüter texnikasının təmiri ustası

3 ay

42

Kompüterçi dizayner

2 ay

43

Körpülü kran maşinisti

3 ay

44

Lift mexaniki

2 ay

45

Makinaçı-kargüzar

2 ay

46

Mebel quraşdırıcısı

2 ay

47

Mehmanxana qapıçısı

3 ay

48

Mehmanxana qulluqçusu (qorniçnaya)

3 ay

49

Məişət elektrik avadanlıqlarının təmiri ustası

2 ay

50

Məişət qaz cihazlarının təmiri üzrə çilingər

2 ay

51

Mexaniki yığma işləri üzrə çilingər

3 ay

52

Meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi

2 ay

53

Mikroelektron telefon aparatlarının təmiri üzrə mexanik

3 ay

54

Misgər-tənəkəçi

3 ay

55

Mühasib

2 ay

56

Neft və qaz quyularının operatoru

3 ay

57

Ofisiant

2 ay

58

Pardaqlayıcı

3 ay

59

Plastmastökən

3 ay

60

Presləyici

3 ay

61

Proqramla idarə olunan dəzgahlar üzrə təmirçi-çilingər

3 ay

62

Qalvançı

3 ay

63

Qazanxana maşinisti

2 ay

64

Qənnadçı

2 ay

65

Qeydiyyatçı (mehmanxanada)

3 ay

66

Quraşdırıcı-çilingər

3 ay

67

Radioelektron cihaz və aparatlarının montajçısı

3 ay

68

Radio-televiziya aparatlarının, video

texnikasının təmiri ustası

2 ay

69

Rəqəmlə idarə olunan dəzgahların təmiri və elektronçu

3 ay

70

Saatsaz

2 ay

71

Sahibkarlığın əsasları

2 ay

72

Satıcı-nəzarətçi kassir

2 ay

73

Səyahət təşkilatçısı

3 ay

74

Şəbəkəçi

3 ay

75

Ştamplayıcı

3 ay

76

Sığorta agenti

2 ay

77

Soyuducu qurğularının təmiri üzrə mexanik

2 ay

78

Təmirçi-çilingər

3 ay

79

Termist

3 ay

80

Tikişçi

2 ay

81

Tornaçı

3 ay

82

Toxucu

2 ay

83

Traktorçu-maşınçı

3 ay

84

Videooperator

2 ay

85

Xalçaçı

2 ay

86

Zərgər

3 ay

 

Modul proqramları əsasında tədris olunan peşələrin siyahısı

 

Sıra sayı

Peşənin adı

Təhsil  müddəti

1

Bənna

2,5 ay

2

Dərzi

3 ay

3

Dülgər

2,5 ay

4

Əl ilə qaynaqda elektrik qaynaqçısı

3 ay

5

Əməliyyatçı mühasib

2,5 ay

6

Ərzaq mallarının satıcısı

2 ay

7

Frezerçi

3 ay

8

İkinci dairə üzrə elektrik quraşdırıcısı

2,5 ay

9

İnşaat rəngsazı

2,5 ay

10

Katib-makinaçı

2,5 ay

11

Qaz qaynaqçısı

3 ay

12

Sanitar-texniki düyün və detalların hazırlanması üzrə çilingər

3 ay

13

Suvaqçı

2 ay

14

Tornaçı

3 ay

15

Üzləyici-tava döşəyən

2,5 ay

16

Arıçı

 

3 ay

17

Aşpaz (Azərbaycan kulinariyası)

3 ay

18

Aşpaz

3 ay

19

AutoCad (Arxitektura dizaynının əsasları)

3 ay

20

Baş aşpaz

3 ay

21

Bənna

3 ay

22

Çilingər-yığıcı (metal emalı)

3 ay

23

Dağ turist marşrutları üzrə bələdçi

3 ay

24

Daş düzən (yollara)

3 ay

25

Dəmiryol  montyoru

3 ay

26

Ekskursiya bələdçisi

3 ay

27

Kişi bərbəri

3 ay

28

Laminat döşəyən

3 ay

29

Manikürçü

3 ay

30

Ofisiant (banket və ziyafətlər üçün)

3 ay

31

Ofisiant

3 ay

32

Otel xadiməsi (təmizlik işləri)

3 ay

33

Parket döşəyən

3 ay

34

Qənnadçı

3 ay

35

Quşçu

3 ay

36

Quru inşaat işləri ustası

3 ay

37

Şirniyyatçı

3 ay

38

Taxtapuşçu (dammazçı)

3 ay

39

Tərəvəzçi (intensiv tərəvəzçilik)

3 ay

40

Traktorçu-maşinist

3 ay

41

Traktorçu-meliorator

3 ay

42

Üzümçü

3 ay

43

Veb-səhifə dizaynının əsasları

3 ay

44

Vektor qrafik dizaynın əsasları (Corel Draw)

3 ay

45

Verilənlər bazası operatoru (Ms Access)

3 ay

46

Vizajist

3 ay

47

Yaşıl turizm təşkilatçısı

3 ay

48

Alüminium və plastik materiallardan məmulatların yığıcı çilingəri

3 ay

49

Arxivçi

3 ay

50

Çamaşırçı

3 ay

51

Elektron ticarətçi

3 ay

52

Kansyerj

3 ay

53

Mebel quraşdırıcısı

3 ay

54

Mehmanxana qapıcısı (belman)

3 ay

55

Qeydiyyatçı (mehmanxanada)

3 ay

56

Sahibkar (kiçik sahibkarlıq fəaliyyəti)

3 ay

57

Traktorçu-əkinçi

3 ay

58

Traktorçu-kombaynçı

3 ay