Əmək Yarmarkası

Əmək Yarmarkalarının rolu haqqında


İşaxtaran və işsiz vətəndaşların xüsusi ilə gənclərin layiqli işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biridə respublikanın bütün bolgələrində hər il təşkil olunaraq keçirilən Əmək Yarmarkalarıdır.
Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununlada işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcürbəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işziz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir.
Yarmarkalara hazırlıq dövründə həyata keçirilən geniş miqyaslı təşkilatı işlər, xüsusi ilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məışğulluq tədbirində işəgöturənlərin, işaxtaran və işsiz vətəndaşların fəal iştirakını təmin edir.
Bununla yanaşı 2007-ci ildən başlayaraq Bakı, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən ali təhsil ocaqlarının məzun və tələbələrinə aldıqları ixtisaslar üzrə iş yerlərinə cəlb olunmaları məqsədi ilə məzunların və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında tədbirlər keçirilir.
Bu tədbirlərin keçirilməsində məqsəd tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, iş adamlarına (sahibkarlara) gələcək kadrların seçiminin aparılmasına köməklik göstərmək və eyni zamanda məzun və tələbələrin ixtisasları üzrə boş (vakant) iş yerlərinə cəlb olunmalarına köməklik göstərməkdir.

Respublikanın regionlarında 2016-cı ildə keçirilən "Əmək Yarmarkaları" haqqında məlumat

 

  Şəhər və rayonlar İş yerləri təqdim edən müəssisələr Boş iş yerlərinin sayı

Göndəriş verilmişdir

İşlə təmin olunmuşdur Peşə hazırlığı kurslarına cəlb olunmuşdur İctimai işlərə cəlb olunmuşdur
1 Naxçıvan MR 393 2954 676 649 0 0
2 Abşeron 27 123 51 37 6 0
3 Goranboy 19 201 40 30 0 0
4 Naftalan 14 97   42    30 0 0
5 Neftçala 38   285 43 43 0 8
6 Qobustan 12 138 35 33 0 0
7 Yardımlı 11 231 35 23 22 0
8 Nardaran 56 235 305 9 0 0
9 Ağstafa 29 197 41 13 0 0
10 Xızı 24 144 48 16 0 0
11 Qazax 18 173 24 16 0 0
12 Siyəzən 16 163 40 39 0 0
13 Şəmkir 15 211 72 30 0 0
14 Gədəbəy 17 139 27 27 0 0
15 Cəlilabad 22 240 70 70 0 0
16 İmişli 17 320 56 56 15 23
17 Quba 24 518 50 42 0 0
18 Daşkəsən 15 278 58 58 0 0
19 Səlyan 23 213 77 43 0 0
20 Qax 20 194 54 54 0 13
21 Masallı 23 188 143 112 15 0
22 Oğuz 23 181 105 70 0 0
23 Hacıqabul 20 120 76 76 0 0
24 Xaçmaz 29 448 75 65 0 12
25 Qəbələ 33 283 102 82 0 0
26 Şabran 14 157 38 38 0 0
27 Şirvan 21 142 42 42 0 0
28 Tərtər 16 118 20 16 0 0
29 Kürdəmir 36 247 74 74 20 18
30 Mingəçevir 20 101 30 20 0 0
31 Saatlı 18 214 63 58 0 15
32 Samux 20 90 38 32 0 0
33 Göygöl 27 113 21 21 0 0
34 Şəki 11 202 42 40 0 0
35 Zaqatala 19 328 112 112 0 0
36 Balakən 15 122 57 57 24 8
37 Qusar 22 209 55 20 0 0
38 Lerik 19 157 51 51 0 0
39 Ağdam 12 269 65 15 0 20
40 Biləsuvar 11 76 62 62 0 0
41 Astara 21 189 35 35 0 0
42 Ağsu 23 204 52 52 0 0
43 Beyləqan 18 296 63 50 0 24
44 Ağcabədi 27 332 179 135 0 0
45 Şamaxı 25 225 66 66 24 0
46 Lənkəran 16 325 65 65 0 0
47 Zərdab 20 188 35 35 0 0
48 İsmayıllı 69 203 96 85 0 0
49 Bərdə 10 159 57 51 0 0
50 Yevlax 39 217 84 72 0 0
51 Göyçay 14 126 41 41 0 0
52 Ucar 17 249 31 24 12 0
53 Ağdaş 24 153 46 33 16 0
54 Sabirabad 24 305 182 132 0 21
55 Sumqayıt 29 322 54 18 6 0
56 Gəncə 60 751 274 215 0 0