Xəbərlər

18.04.2018

Neftçala rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

2018-ci ilin  aprel  ayında Neftçala rayon Məşğulluq Mərkəzi tərəfindən Boyat  kənd tam orta məktəbdə, Pirəbbə  kənd  ümumi orta məktəbdə və Kürkənd  kənd  ümumi orta məktəblərində gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin və Məşğulluq Mərkəzinin rolunun əhəmiyyətini nəzərə alaraq valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədilə məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərilməsi məqsədi ilə peşəyönümü tədbirləri keçirilmişdir.

 

06.04.2018

İmişlı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

       İmişli rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 04.04.2018-ci il tarixində İmişli rayon şəhid Rizvan Abdullayev adına Cavadxanlı kənd tam orta ümumtəhsil məktəbində yuxarı sinif şagirdləri  üçün “Düzğun peşə seçək” mövzusunda növbəti peşəyönümü tədbiri keçirilmişdir.

02.04.2018

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

    Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq  qrafikə əsasən 30 mart 2018-ci il tarixdə İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin və onların valideyinlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir. 

29.03.2018

Nərimanov rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 193 və 178 nömrəli orta ümumtəhsil məktəblərdə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir.

28 mart 2018-ci il tarixdə Nərimanov rayon Məşğulluq Mərkəzi tərəfindən 193 və 178 nömrəli orta ümumtəhsil məktəblərdə gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətini nəzərə alaraq valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədilə məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərilməsi məqsədi ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbirləri keçirilmişdir.

 

29.03.2018

Ağsu rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri üçün 28 mart 2018-ci il tarixdə Ağsu rayon Kəndoba kənd orta və Ağabəyli  kənd orta məktəblərində peşəyönümü məsləhətləri verilmişdir. 

28.03.2018

Siyəzən rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

       Peşəyönümü  işinin  gənc  nəslin  gələcək  taleyində,  onların  məşğulluğunun  təmin  olunmasında  mühüm  əhəmiyyət  kəsb  etdiyini  nəzərə  alaraq  orta  ümumtəhsil  məktəblərində  şagirdlərin  peşə  maraqlarının  və  peşə  meyllərinin  müəyyənləşdirilməsi,  onlara  gələcək  peşə  və  ixtisas  seçimində  köməklik  göstərilməsi  məqsədi  ilə  müəyyən  edilmiş  qrafikə  uyğun  olaraq  28  mart  2018-ci  il  tarixində  Siyəzən  rayonunun  Balaca  Həmyə  kənd ,Zarat  kənd  və  Eynibulaq  kənd  tam  orta  məktəblərində  yuxarı  sinif  şagirdləri  və  onların  valideynlərinin  iştirakı  ilə  “Gənclərin  peşə  seçimində  valideynlərin  rolu”  mövzusunda  peşəyönümü  tədbirləri  keçirilmişdir. 

28.03.2018

Qəbələ rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən keçirilən peşəyönümü tədbirlərinin davamı olaraq 28 mart 2018-ci il tarixdə Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə  Qəbələ şəhər 4 saylı  tam orta məktəbdə və Daşca kənd tam orta məktəbdə yuxarı sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümünün rolu” mövzusunda növbəti peşəyönümü tədbiri keçirildi. 

19.03.2018

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq  qrafikə uyğun olaraq 15 mart 2018-ci il tarixdə İsmayıllı rayon M.Piriyev adına Tircan kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin və onların valideyinlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir. 

19.03.2018

Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

2018- ci il tarixində Kürdəmir rayon Ərəbxana  kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin və onların valideyinlərinin iştirakı ilə Peşə yönümünə dair tədbir keçirilmişdir.

19.03.2018

Astara rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

13-14-15 mart tarixlərində təqdim olunmuş qrafikə uyğun olaraq Astara rayonunun Sərək, Şüvi və Astara şəhər 7 saylı tam orta məkətblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə peşəyönümü tədbiri keçirilmişdir.