29.12.2017
■Xəbərlər
29.12.2017
İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.
İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən 2017-ci ilin dekabr ayının 28-də B.Əmirov adına Qalagah kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin və onların valideynlərinin iştirakı ilə “Peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.
Tədbirdə İsmayıllı rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri, məktəbin pedaqoji kollektivi, eləcə də valideyinlər iştirak etmişlər.
Keçirilən tədbirdə gənclərin peşə seçiminə dair valideynlərin rolu barədə tövsiyələr verilmiş, şagirdlərlə peşə seçiminə aid sorğu keçirilərək onları maraqlandıran müxtəlif istiqamətli suallar cavablandırılmışdır.

Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər"
- Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
- Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
- İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
- Haqqı ödənilən ictimai işlərin təşkili.
- Əmək yarmarkalarının təşkili.
- İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
- Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.