Xəbərlər

13.12.2017

2017-ci ilin dekabr ayının 12-də İsmayıllı rayonun Culyan kəndində Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

12 dekabr 2017-ci il tarixində rayonun Cülyan kənd tam orta məktəbində Mərkəzin əməkdaşları, müəllim, valideyn, psixoloqun və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.  

Gənclərə əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, düzgün peşə seçimi üçün tələb olunan əsas şərtlər haqqında məlumat verilmiş, onlara meyl və bacarıqlarına uyğun olaraq əmək bazarının tələblərini nəzərə almaqla istədikləri peşələrə yiyələnməsi tövsiyə olunmuş, eləcə də mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.