FƏALİYYƏTİMİZ

07.05.2010

Dövlət məşğulluq strategiyasının icrasında hər bir işəgötürən fəal iştirak etməlidir

Ölkə rəhbərliyinin həyata keçirdiyi düzgün düşünülmüş iqtisadi siyasət, məqsədyönlü tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatı bütün dünyanı bürümüş maliyyə böhranının təsirlərindən yan keçərək, daha da inkişaf edir. Dövlət Məşğulluq Xidməti ölkənin inkişafı proseslərinə öz dəyərli töhfəsini verməyə çalışır, qanunvericiliyin tələblərinə uyğun olaraq işəgötürənlərlə əməkdaşlıq zəminində işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı məqsədilə səmərəli aktiv tədbirlər həyata keçirir.

31.03.2010

Gənclərin peşə meylini öyrənilməsi, peşəyönümü işlərinin təşkili ilə əlaqədar tədbirlər davam etdirilir

       “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010- cu illər)” Tədbirlər Planının 5.13 bəndinə əsasən peşəyönümü sisteminin tətbiqi ilə əlaqədar Bakı şəhəri Məşğulluq Xidmətləri işaxtaran vətəndaşların,xüsusilə gənclərin peşə meylini öyrənmək, istedad və qabiliyyətlərini aşkara çıxarmaq, onlara əmək bazarının real tələblərinə uyğun peşə seçməkdə köməklik etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişlər.

30.03.2010

Məşğulluğun təminatında işəgotürənlərin iştirakı xüsusi önəm təşkil edir

Bakı şəhər Məşğuluq İdarəsi tərəfindən 2010-cu il üçün təsdiq edilmiş tədbirlər planına uyğun mart ayında «Məşğulluq haqqında» Qanunun 17-ci maddəsinə «Məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı» rolu, işəgötürənlərin məşğulluq xidmətləri ilə əlaqəli işləmələrinin əhəmiyyəti mövzularında dəyirmi masalar keçirilmişdir.

09.03.2010

Əmək ehtiyatlarından daha dolğun istifadə olunması əsas məqsədlərdən biridir

Martın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəylinin sədrliyi ilə Bakı şəhər Məşğulluq Xidmətinin 2009-cu ildə qeyri-məşğul vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlərlə təmin olunması sahəsində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

03.03.2010

Sumqayıtda peşəyönümü tədbirləri gücləndirilir

Son illər müasir sənaye mərkəzinə çevrilən Sumqayıtda rəsmi statistikaya əsasən məcburi köçkünlərlə birlikdə 360 minə yaxın əhali yaşayır. Proqnozlara görə 2010-cu ildə şəhərdə əmək ehtiyatlarının 207 min nəfər olacağı gözlənilir. Bunların 188 min nəfər əmək qabiliyyətli vətəndaşlardır. Əmək bazarının təhlili göstərir ki, carı ildə əmək bazarı fəallığı ilə seçiləcəkdir.

22.02.2010

Nəsimi rayonu Əmək və Məşğulluq Mərkəzində gənclərin peşəyönümünə cəlb edilməsinə diqqət daha da artırılmışdır

   Gənclərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi,onlara gələcək peşə və ixtisas seçməsində köməklik göstərilməsi məqsədi ilə Nəsimi rayonu Əmək və Məşğulluq Mərkəzi 2010-cu ilin əvvəlindən rayon ərazisində yerləşən ümumtəhsil məktəblərin buraxılış sinif şagirdlərinin mərkəzdə təşkil olunmuş peşəyönümü kabinetində seminar məşğələlərinə cəlb edilməsinə başlamışdır.Burada onlara Mərkəzin təcrübəli mütəxəssisləri tərəfindən əmək bazarı, əmək bazarında ixtisas və peşələr, işəgötürənlərin peşə və ixtisaslara olan tələbi, ixtisas və peşələrin gələcək prespektivləri haqqında daha ətraflı məlumat verilir.