FƏALİYYƏTİMİZ

22.11.2017

Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən 253 və 273 saylı məktəblərində peşəyönümü tədbirləri keçirilmişdir.

Peşəyönümü işinin düzgün təşkili əmək bazarının tələbatına uyğun işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlrinin həllində mühüm rol oynayır. 

22.11.2017

Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən“Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir.

21.11.2017-ci il tarixdə Kürdəmir rayon  Məşğulluq Mərkəzi tərəfindən“Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi”  mövzusunda dəyirmi masa keçirilmişdir.  

22.11.2017

“Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşeyönümü tədbiri keçirilmişdir.

 22 Noyabr 2017-ci il tarixində Sabunçu rayon 96 və 80 nömrəli tam orta məktəblərində “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə  Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi, “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin psixoloqu, mərkəzin mütəxəssisləri, valideynlər, müəllimlər, yuxari sinif şagirdləri iştirak etmişdir.

 

21.11.2017

“Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşeyönümü tədbiri keçirilmişdir.

Xəzər rayon Məşğulluq  Mərkəzi tərəfindən 26 və 125 nömrəli  tam orta məktəblərdə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşeyönümü tədbiri keçirilmişdir. Tədbirdə Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi, Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin psixoloqu, Xəzər rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri, məktəb direktorları, valideynlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

 

21.11.2017

Suraxanı rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.

Dövlət Məşğulluq Xidməti tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 20 noyabr 2017-ci il tarixdə  Suraxanı rayon Məşğulluq Mərkəzi  tərəfindən “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda işəgötürənlər və onların nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə o cümlədən Suraxanı rayon İcra Hakimiyyətinin, Həmkarlar İttifaqı Təşkilatının, Əlaqələndirmə Komitəsinin nümayəndələri də yaxından iştirak etmişlər. 

21.11.2017

Qaradağ rayon Məşğulluq Mərkəzi rayon İcra Hakimiyyəti ilə birlikdə dəyirmi masa kecirmişdir.

  21.11.2017-ci il  tarixində  Qaradağ rayon Məşğulluq Mərkəzi rayon İcra Hakimiyyəti ilə birlikdə  Heydər Əliyev Mərkəzində  “Azərbaycan Respublikasında müasir mərhələdə  dövlət məşğulluq siyasətinin  gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzularında dəyirmi masa kecirmişdir.

 Tədbirdə rayon ərazisində fəaliyyət göstərən 25 müəssisə və təşkilatın nümayəndəsi iştirak etmişdir. Tədbiri giriş sözü ilə Qaradağ rayon İcra Hakimiyyətinin Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Səbuhi Zaynalov açıq elan edərək mövzu ətrafında fikir və təkliflərini bildirmişdir.

  • FOTO
  • VIDEO


XƏBƏRLƏR