FƏALİYYƏTİMİZ

27.11.2017

Yasamal rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 286 və 225 nömrəli orta ümumtəhsil məktəblərdə peşəyönümü tədbirləri keçirilmişdir.

Peşəyönümü işinin düzgün təşkili əmək bazarının tələbatına uyğun işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır.

Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq orta ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədi ilə  27 noyabr 2017-ci il tarixində Yasamal rayonunun  286 və 225 saylı tam orta məktəblərində yuxarı sinif şagirdəri və onların valideyinlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbirləri keçirilmişdir.   

 

24.11.2017

İşçi Qrupunun növbəti iclası

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının “Kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlığın və effektivliyin təmin edilməsi üzrə Strateji hədəfinin 1.1.5. yarımbəndi (Kommunal xidmətlər sektorunda kadr potensialının təkmilləşdirilməsi) üzrə əmək bazarında mövcud vəziyyətin və perspektivlərin müzakirə olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış İşçi Qrupunun 24 noyabr 2017-ci il tarixdə növbəti iclası keçirilmişdir.

24.11.2017

Sumqayıt şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə növbəti peşəyönümü tədbiri keçirilmişdir.

 Peşə seçimi hər bir gənc qarşısında duran ən vacib və taleyüklü məsələlərdən biridir. Müəyyən yaş dövrünə çatdıqda hər bir şəxs peşə seçimi qarşısında qalır. Bəs peşəni seçərkən nələri bilmək lazımdır, kimlərdən bu barədə məsləhət almaq lazımdır, xalqına və dövlətinə layiqli vətəndaş olmaq üçün nə etmək lazımdır? Bu mövzu ətrafında 24 noyabr 2017-ci il tarixində Sumqayıt  şəhər Məşğulluq Mərkəzi tərəfindən təşkil olunan növbəti peşəyönümü tədbirlərində müzakirələr aparılmışdır.

 

23.11.2017

Xəzər rayon Məşğulluq Mərkəzi işəgötürənlərin iştirakı ilə birlikdə dəyirmi masa təşkil etmişdir.

Xəzər rayon Məşğulluq Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda işəgötürənlərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada rayon ərazisində fəaliyyət göstərən müxtəlif orta və iri müəssisələrin nümayəndələri iştirak etmişdir. Əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində  tədbirlərin gücləndirilməsi üçün işəğötürənlərlə birgə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

 

23.11.2017

“Gənclərin peşə seçimində valideynlərin rolu”

Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilin noyabr ayının 23-də Suraxanı rayonunun 232 və 282 saylı tam orta ümumtəhsil məktəblərində yuxarı  sinif  şagirdlərinin və  onların valideynlərinin iştirakı  ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.   

Tədbirdə  “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin psixoloqu Zümrüd Səfərova, Məşğulluq Mərkəzinin direktor müavini Ramal Quluzadə, mərkəzin mütəxəssisi Emin Mustafayev, valideynlər, müəllimlər, yuxari sinif şagirdləri iştirak etmişdir.

 

23.11.2017

Binəqədi rayonu 83 və 102 saylı məktəblərində peşəyönümü tədbirləri keçirilmişdir.

Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq orta ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədi ilə 2017-ci ilin noyabr 23-də Binəqədi rayon Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən Binəqədi rayonunda fəaliyyət göstərən 83 və 102 saylı tam orta ümumtəhsil məktəblərində Binəqədi rayon Məşğulluq Mərkəzinin əməkdaşları, məktəblərin direktor və müəllim heyyəti, o cümlədən ”Təhsilin İnnovativ İnkaşafı” Mərkəzinin təlimçisinin iştirakı ilə müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə “Gənclərin peşəyönümü işinin təşkili” mövzusunda konfransalar keçirilmişdir.  

 

  • FOTO
  • VIDEO


XƏBƏRLƏR