FƏALİYYƏTİMİZ

28.11.2017

28 noyabr 2017-ci il tarixində Xətai rayonu 116 və 154 saylı tam orta məktəblərində Peşəyönümü tədbirləri keçirilmişdir.

Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq orta ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədi ilə 2017-ci ilin noyabr 28-də Xətai rayon Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən Xətai rayonunda fəaliyyət göstərən 116 və 154 saylı tam orta ümumtəhsil məktəblərində Xətai rayon Məşğulluq Mərkəzinin əməkdaşları, məktəblərin direktor və müəllim heyyəti, o cümlədən ”Təhsilin İnnovativ İnkaşafı” Mərkəzinin təlimçisinin iştirakı ilə müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə “Gənclərin peşəyönümü işinin təşkili” mövzusunda konfransalar keçirilmişdir.  

28.11.2017

“Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşeyönümü tədbiri keçirilmişdir.

Xəzər rayon Məşğulluq  Mərkəzi tərəfindən 26 və 125 nömrəli  tam orta məktəblərdə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşeyönümü tədbiri keçirilmişdir. Tədbirdə Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi, Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin psixoloqu, Xəzər rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri, məktəb direktorları, valideynlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

28.11.2017

Bakıda məşğulluq orqanlarının fəaliyyətinin müasir beynəlxalq standartlara uyğun qurulmasına yönələn növbəti təlim kursuna başlanılıb.

 28 noyabr–2017-ci il tarixində Bakının Hyatt Regency otelində  Azərbaycan Höküməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış  “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” mövzusunda növbəti təlim kursuna başlanılıb.

 

28.11.2017

Mingəçevir şəhər, eləcə də İmişli, Xızı, Ağsu, Kürdəmir, Şəmkir, Salyan, Lənkəran rayon orta ümumtəhsil məktəblərində peşəyönümü tədbirləri keçirilmişdir.

23-27 noyabr 2017-ci il tarixlərində Mingəçevir şəhər, eləcə də İmişli, Xızı, Kürdəmir, Şəmkir və Salyan rayon orta ümumtəhsil məktəblərində Məşğulluq Mərkəzlərinin təşkilatçılığı ilə növbəti peşəyönümü tədbirləri keçirilmişdir.

Peşəyönümü məsləhəti ilə bağlı keçirilən tədbirlər orta ümumtəhsil məktəblərin müəllimləri, psixoloqları, yuxarı sinif şagirdləri tərəfindən yüksək maraqla qarşılanmışdır. 

28.11.2017

İsmayıllı, Lerik, Xaçmaz, Beyləqan, Qəbələ, Astara, Oğuz və Qusar rayon Məşğulluq Mərkəzləri tərəfindən peşəyönümü tədbirləri keçirilmişdir.

 23-25 noyabr 2017-ci il tarixlərində İsmayıllı, Lerik, Xaçmaz, Beyləqan, Qəbələ, Astara, Oğuz və  Qusar rayon Məşğulluq Mərkəzləri tərəfindən orta ümumtəhsil məktəblərində peşəyönümü tədbirləri keçirilmişdir. Tədbirlərdə yuxarı sinif şagirdləri ilə yanaşı məktəblərin müəllim və psixoloqları iştirak etmişdir.

 

27.11.2017

“Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir.

Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 27 noyabr 2017-ci il tarixində 49, 163 nömrəli orta ümumtəhsil məktəblərində “Gənclərin peşə seçimində  valideynlərin rolu” mövzusunda  tədbir keçirilmışdir.

  • FOTO
  • VIDEO


XƏBƏRLƏR