FƏALİYYƏTİMİZ

18.12.2017

Tələbə və məzunlar üçün “Karyerada ilk addım”devizi altında aktiv məşğulluq tədbiri keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə həmin ali təhsil müəssisəsində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib.

18.12.2017

Sumqayıt şəhərinin 28 və 41 saylı orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinə və onların valideynlərinə peşəyönümü məsləhəti verilmişdir.

15 dekabr 2017-ci il tarixində Sumqayıt şəhərində fəaliyyət göstərən 28  və 41 saylı orta ümumtəhsil məktəblərində “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda növbəti peşəyönümü tədbirləri keçirilmişdir. Tədbirlərdə məktəblərin direktorları Ağayev Mehdi, Əliyeva Leyla, müəllim və psixoloq heyəti ilə yanaşı yuxarı sinif şagirdləri və onların valideynləri, Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Cavid Süleymanov, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin mütəxəssisləri Rəşad Yaqubo, Zaur Alahverdiyev və Gülnarə Aslanova iştirak etmişdir.  

 

13.12.2017

Astara rayon Məşğulluq Mərkəzi işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil etmişdir.

12 dekabr 2017-ci il tarixdə rayon Mərkəzi Kitabxanasının oxu zalında “Dövlət Məşğulluq Xidməti orqanlarının sosial tərəfdaşlarla birgə fəaliyyətində Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada rayonun işəgötürən təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər. Astara rayon İcra Hakimiyyəti İqtisadiyyatın təhlili və proqnozlaşdırılması şöbəsinin müdür müavini, YAP-ın Astara rayon təşkilatının sədri F.Əhmədov, Astara rayon qəzetinin baş redaktoru F.Ocaqova iştirak etmişlər.

 

12.12.2017

Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Gənclərin "Tənhalara Dayaq" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk peşəmiz” layihəsi çərçivəsində 04-08 dekabr 2017-ci il tarixdə Binəqədi "Gənclər Evində" tədbir təşkil edilib. 

07.12.2017

2017-ci ilin dekabr ayının 6-da İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Müasir dövrdə vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın  bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümü tədbirlərinin düzgün təşkili  və aparılması xüsusi əhəmiyyətə malikdir.

 

07.12.2017

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən “Peşə secməkdə gənclərə dəstək ” mövzusunda tədbir kecirildi.

 Qaradağ rayon Məşğulluq  Mərkəzi 5-6 dekabr tarixlərində rayon ərazisində yerləşən 223-228  saylı orta məktəblərdə “Peşə secməkdə gənclərə dəstək” mövzusunda tədbir kecirmişdir. Rayon Məşğulluq Mərkəzinin böyük məsləhətçisi E.Həşimova  iştirak edərək, əmək bazarında yaranmış cətinliklərdən danışmışdır. Gənclərin  qarşısında duran  vacib amillərdən biri olan  düzgün peşə və ixtisas secimləri,  bu işdə daha məsuliyyətli, dəqiq olmalarını  tövsiyyə edərək  şagirdlərin fikrini dinləmiş və məsləhət vermişlər.

  • FOTO
  • VIDEO


XƏBƏRLƏR