FƏALİYYƏTİMİZ

24.04.2018

Balakən və Zaqatala rayonlarında yuxarı sinif şagirdləri və onların valideynləri üçün peşəyönümü məsləhətləri keçirilmişdir.

Gənclər  peşə seçimini düzgün etmədikdə uzun müddət həyatda öz yerlərini tuta bilmirlər. Əgər hər birimiz işimizin peşəkarı olmaq istəyiriksə, bunun üçün özümüzə ən uyğun olan peşəni seçməliyik. Elə bir peşəni seçməliyik ki, həyatımız boyu məşğul olduğumuz sahədən sıxılmayaq, ondan zövq alaq. Peşə seçimi zamanı düzgün qərar qəbul etməliyik, çünki gələcək həyatımızın uğurlu olub-olmaması məhz bu qərardan asılıdır. Buna görə də insan gərək peşə seçimində çox diqqətli olsun. Seçdiyi peşəni sevsin, ümumiyyətlə peşəyə sevib gəlsin.

 

23.04.2018

«Peşə secimində valideynlərin rolu” mövzusunda Astara və Lənkəran rayonlarında peşəyönümü tədbirləri keçirilmişdir.

 Müasir dövrdə vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr  ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə  mühüm əhəmiyyət kəsb edir. Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın  bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır.Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümü tədbirlərinin düzgün təşkili  və aparılması xüsusi əhəmiyyətə malikdir.

 

23.04.2018

Göygöl və Goranboy rayonlarında, eləcə də Naftalan şəhərində yuxarı sinif şagirdlərinin və onların valideynlərinin iştirakı ilə peşəyönümü tədbirləri keçirilmişdir

20.04.2018-ci il tarixində Göygöl şəhər 1 saylı, Naftalan şəhər 2 saylı və Goranboy rayon Borsunlu 2 nömrəli orta məktləblərdə yuxarı sinif şagridlərinin və onların valideynlərinin iştirakı ilə peşəyönümü məsləhəti ilə bağlı tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon Təhsil şöbələrinin və Məşğulluq Mərkəzlərinin mütəxəssisləri, psixoloqlar, Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Rəşad Əsgərli və Təhsilin İnnovativ İnkişafı Mərkəzinin təlimçisi Seymur İlham iştirak etmişlər.

 

23.04.2018

İmişli rayonunda “Peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir.

2018-ci il aprelin  20-də İmişli rayon Məşğulluq Mərkəzi tərəfindən Namiq  Şirinov  adına 5 saylı tam orta məktəbdə “Düzgün peşə seçimində valideynlərin rolu” mövzusunda  peşəyönümü tədbiri keçirilmişdir.

20.04.2018

Xocavənd və Beyləqan rayonunda “Peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir.

20 aprel 2018-ci il tarixdə Dövlət Məşğulluq Xidməti  tərəfindən Xocavənd rayon Salakətin kənd tam orta və Beyləqan rayon Fərman Hacıyev adına 2 nömrəli tam  orta məktəblərində gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətini nəzərə alaraq valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədilə məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərilməsi məqsədi ilə “Peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.

19.04.2018

Abşeron rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

    09 aprel 2018-ci il tarixdə Mehdiabad qəsəbəsi 1 nömrəli tam orta məktəbdə, Mərkəzinin aparıcı məsləhətçisi İslamzadə Ayşən, məsləhətçisi Abdullayeva Zərifə, məktəbin direktoru Babayev Pənah, psixoloq-müəllim Səfərov Rasim, şagirdlərin və valideynlərin iştirakı ilə peşəyönümü tədbir keçirilmişdir. Tədbirlərdə yuxarı sinif şağirdlərinin və onların valideynlərinin suallarına cavab verilmiş, peşə seçimi ilə bağlı zəruri tövsiyələr verilmişdir. 11 aprel 2018-ci il Mehdiabad qəsəbəsi 2 nömrəli tam orta məktəbdə, Mərkəzinin Aktiv məşğulluq tədbirləri sektorunun baş məshələtçisi Azadov Hüseyn, aparıcı məsləhətçisi İslamzadə Ayşən, psixoloq-müəllimin şagirdlərin iştirakı ilə keçirilən peşəyönümü tədbirində həmin müzakirələr aparılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir