FƏALİYYƏTİMİZ

27.04.2012

Bakı şəhərində Əmək və Sosial Münasibətlər Akademiyasında “Karyerada ilk addım” tədbiri olmuşdur

Müasir bazar  iqtisadiyyatı şəraitində  əmək bazarı xeyli  dəyişikliklərə  uğramışdır. Yeni  peşələr və  ixtisaslar  formalaşmış, işaxtaranların yüksək standartlar  səviyyəsində  öz işlərini  qurmaq üçün hazırlıqlı kadrlara və  mütəxəssislərə  ehtiyacı  artmışdır. Bu  baxımdan universitetlərdə  təhsil  alan gənclərlə  və  həmçinin bu  ali  təhsil  ocaqlarını  yeni  bitirmiş məzunlarla işəgötürən müəssisə  və  kompamiyalar  arasında əlaqələrin gücləndirilməsi  aktuallığı ilə  diqqəti  cəlb edir.

27.04.2012

“Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda konfransalar keçirilmişdir

2012-ci ilin aprelin 19-da Zaqatala, Balakən, Cəbrayıl, 20-də Lerik və 25-də Şəki rayon Məşğulluq Mərkəzlərinin əməkdaşları tərəfindən adları çəkilən şəhər və rayonlarda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində rayon İcra Hakimiyyətlərinin, rayon Təhsil İdarələrinin rəhbərliyinin, həmin rayonların ərazisində fəaliyyət göstərən işəgötürənlərin və orta ümumtəhsil məktəblərinin pedaqoji kadrlarının iştirakı ilə müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda konfransalar keçirilmişdir.

24.04.2012

Azərbaycan Dillər Universitetində və Bakı Asiya Universitetində “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda məşğələlər keçirilib

Məlum olduğu kimi, ali məktəb məzunlarına gələcəkdə fəal iş prosesində sosial-psixoloji cəhətdən hazır olmağa köməkliyin göstərilməsi  mühüm əhəmiyyət kəsb edir. Bu  amilləri  nəzərə  alaraq, həmçinin Əmək və  Əhalinin Sosial Müdafiəsi  Nazirliyi və  Dövlət Məşğulluq Xidməti  rəhbərliklrinin tapşırıqlarına müvafiq olaraq, Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən  Azərbaycan Dillər Universitetində  və Bakı Asiya Universitetində  “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda məşğələlər təşkil edilib.

17.04.2012

Azərbaycan Dövlət Neft Akademiyasında və Bakı Slavyan Universitetində “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda məşğələlər keçirilib

       Məlum olduğu kimi, ali məktəb məzunlarının seçdikləri ixtisaslarına uyğun olaraq əmək bazarına inteqrasiya imkanlarının genişləndirməsi, onlara gələcəkdə fəal iş prosesində sosial-psixoloji cəhətdən hazır olmağa köməkliyin göstərilməsi məqsədi ilə, Nəsimi rayon Məşğulluq Mərkəzi Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda məşğələlər keçirib.

16.04.2012

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının Sosial Müdafiənin İnkişafı Layihəsinin “Modul tipli təlim proqramlarının hazırlanması” tapşırığı çərçivəsində 10-14 aprel tarixlərində təlim keçirilmişdir

       2012-ci ilin 10-14 aprel tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı” Layihəsinin “Modul Təlim Proqramları” tapşırığı çərçivəsində beynəlxalq ekspert, təlimçi Klod Vassamilletin itirakı ilə “Modul kurrikulumlarının hazırlanması” üzrə təlimlərin IV mərhələsi keçirilmişdir. Təlimdə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları Fuad Mehdizadə, Rəşad Əsgərli, Cavid Süleymanov, Ülvi İsmayılov, Lalə Ağayeva iştirak etmişlər.

12.04.2012

Bakı şəhərinin yerli məşğulluq orqanları ilə Bakı Slavyan Universiteti birlikdə əmək bazarına inteqrasiya imkanlarını araşdırır

Məlumdur ki, gənclərə, o cümlədən müəyyən ixtisas və peşə vərdişlərinə yiyələnmiş məzunlara əmək bazarında aktiv işaxtarma texnologiyalarının aşılanması, onların gələcək iş prosesinə psixoloji və praktiki cəhətdən hazırlanması Məşğulluq Xidməti orqanları qarşısında duran mühüm vəzifələrdən biridir.